04 may 2023 18:40
487

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüş başlayıb

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, ABŞ-nin Arlington şəhərində keçirilən görüşdə sülh sazişi layihəsi istiqamətində müzakirələr aparılır.

Tərəflərin bundan sonra ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü də gözlənilir.