05 may 2023 10:46
528

Heydər Əliyevin siyasəti Azərbaycanın öz kimliyini müəyyənləşdirməyə şərait yaratdı - Fərid Şəfiyev

Heydər Əliyevin siyasəti Azərbaycanın öz kimliyini müəyyənləşdirməyə şərait yaratdı.

“İki sahil” xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ümumilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfransda deyib.

F.Şəfiyev bildirib ki, 90-cı illərdə Azərbaycan vətəndaş müharibəsi ilə qarşı-qarşıya idi və ölkəni bu çətin məqamda Heydər Əliyev xilas edə bildi.

“Ulu öndərin digər aktiv səylərindən biri də enerji sahəsində oldu. O, hakimiyyətə gəldikdən sonra Azərbaycan beynəlxalq təşkilatlarla işləməyə başladı. Eyni zamanda ölkənin xarici siyasəti formalaşmağa başladı. Deyə bilərik ki, Heydər Əliyev tərəfindən aparılan siyasət Azərbaycanın kimliyini müəyyən etməsinə şərait yaratdı”,- deyə o əlavə edib.