Azərbaycan 2020-ci ildə 44 günlük savaşda torpaqlarını işğaldan azad etdi. Bu gün isə Ermənistan və himayədarları yaranmış status-kvonu qəbul etməlidir.
“İki sahil” xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ümummili lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Ermənistan-Azərbaycan münaqişəsi və Heydər Əliyev” adlı paneldə Türkiyənin "Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi"nin sədri Akkan Suver bildirib.
Akkan Suver deyib ki, bu gün ABŞ Qarabağ ermənilərə mədəni muxtariyyət verilməsini istəyir: “Vaşinqton Qarabağda ermənilərə status verilməsinə nail olaraq bölgədə təsir dayağı yaratmaq istəyir. Fransanın da mövqeyi məlumdur. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistan və himayədarları yaranmış status-kvonu qəbul etməlidir. Ermənistanın sülh danışıqlarında sülhpərvər mövqe tutmasa, Azərbaycanın Ordusunun əməliyyat keçirməsini gündəmə gətirməsi istisna olmayacaq. Ermənistan Azərbaycana qarşı koalisiya axtarışında olmamalı, Azərbaycanla sülhə can atmalıdır. Ermənistan hərbi yolla nəyəsə nail ola bilməyəcək. İki il əvvəl Qarabağ məsələsinə nöqtə qoyulub. 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan istisna ilə, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Ermənistanın öz sərhədlərini dönməsi sülh danışıqlarının nəticə verməsi üçün əsasdır. Ermənistan sülh müqaviləsindən sonra nəfəslik əldə edəcək. Zəngəzur dəhlizi Azərbaycanın təbii haqqı olan strateji dəhlizdir. Üçtərəfli Bəyanatda Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi öhdəliyi var. Ermənistan təxribatlardan əl çəkməli, səmimi əməkdaşlıq etməlidir. İranın tələm-tələsik Qafanda konsulluq açmasının sülh prosesinə nə faydası var? “Nemezis”-lə əməliyyatı ilə bağlı abidə açmağa nə ehtiyacı var? Bundan sonra Türkiyənin hava sərhədlərini bağladı, Ermənistan üçün belə təxribatın nə faydası oldu? ”.
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub