“Azərbaycan-Ermənistan şərti sərhədində son vaxtlar yaşanan gərginlik narahatlıq doğurur”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT Worl”da dərc olunan “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” sərlövhəli məqaləsində bildirib.
O yazıb ki, regionda vəziyyət kövrəkdir: “Sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır. 2020-ci ildə imzalanan atəşkəs razılaşması ilə qızıl fürsət yarandı. Ermənistanın 30 illik işğalına son qoyuldu. Beləliklə, 1 milyon azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmalarına şərait yarandı”.
H. Akar qeyd edib ki, şərti sərhəddəki gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur.
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır