Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər.
İlkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər. Dövlət başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır