Bugünkü Türkiyə illər öncə mövcud olsaydı Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı olmazdı.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyənin o zamanki hakimiyyəti erməni işğalına qarşı Azərbaycana dəstək vermədi.
Nazir, həmçinin türk dünyasının gücləndirilməsinin lazım olduğunu da vurğulayıb.
“Bizim gücümüzü birləşdirmək lazımdır. Azərbaycanın öz torpaqlarını işgal altından azad etməsilə türk dünyasının özünəəminliyi bərpa olub. Hər kəs də (Türk Dövlətləri Təşkilatına üzv ölkələr) deyir ki, bizim də ehtiyacımız olsa, Türkiyə bizim də yanımızda olacaq”, - deyə nazir əlavə edib.
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır