"Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində sistemli islahatların nəticəsi olaraq müsbət demoqrafik şərait formalaşıb və əhalinin sayı bu gün dinamik şəkildə artmaqdadır".
“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindəndir: "Səhiyyə ocaqlarının yenidən qurulması, ən müasir avadanlıq və texnologiyalarla təchiz edilməsi sahəsində görülən işlərlə yanaşı, icbari tibbi sığortanın tətbiqi insanların sağlamlığının qorunması, gələcək nəsillərin sağlam böyüməsi məqsədilə atılan mühüm addımlardandır".
Baş nazir qeyd edib ki, bu gün həmçinin ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, elm və təhsil, mədəniyyət, incəsənət, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanması sahələrində əhatəli proqramlar həyata keçirilməkdədir.
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi