"İlk dəfədir Naxçıvana səfər edirəm və səfərimin böyük siyasətçi Heydər Əliyevlə bağlı olması əlavə stimuldur. Hər zaman Fransa və Azərbaycan arasında istər siyasi, istərsə də mədəni əlaqələr yüksək səviyyədə olub”.
“İki sahil” xəbər verir ki, bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon deyib.
Səfir bildirib ki, Fransa və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması iki ölkə prezidentinin apardığı uğurlu xarici siyasət və iki ölkə arasındakı münasibətlərdən irəli gəlir. Hər iki tərəf əlaqələrin inkişafı üzərində daim işləyir, addımlar atırlar: “Vurğulamaq istəyirəm ki, ikitərəfli münasibətlərimiz indi daha güclüdür. Biz Azərbaycanla daha sıx münasibətdə işləyirik və düşünürəm ki, iki ölkə arasında münasibətlərin yaxşı olmasına nail olmuşuq".
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi