Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasında keçirilən tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mixail Zabelin və Rauf Əliyev mayın 8-də bu ölkənin Həştərxan şəhərində səfərdə olacaqlar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumatda qeyd edilib ki, yubiley tədbirlərində Ulu Öndər, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunacaq, onun Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda xidmətləri qeyd ediləcək, ölkəmizin hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən danışılacaq.
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi