Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün təsdiqlədiyi “Prokurorluq haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.
Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
Azərbaycanın Mərkəzi Asiya ilə tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub - Səbinə Salmanova/MÜSAHİBƏ