“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjet 1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan danışıqlara həsr olunub.
“İki sahil”in məlumatına görə, müəllif qeyd edir ki, iki ölkənin XİN başçılarının masa arxasında vasitəçi olmadan görüşməsi müsbət hal kimi dəyərləndirilməlidir.
“Artıq birbaşa kontaktların normaya çevrilməsi müsbət hal kimi qeyd edilməlidir. Belə ki, danışıqların bu formatı görüşün daha açıq, səmimi və tərəflərin özlərini daha sərbəst hiss etməsi ilə nəticələnəcək. Əlbəttə, bu məqam Azərbaycan tərəfinə aid deyil, bu günə qədər baş tutmuş bütün görüşlərdə Azərbaycan nümayəndə heyəti psixoloji baxımdan özünü hər zaman güclü hiss edib və bütün təzyiqlərə davam gətirdiyini sübuta yetirib”, - deyə müəllif qeyd edib.
Daha ətraflı “Caliber”in süjetində:
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
Azərbaycanın Mərkəzi Asiya ilə tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub - Səbinə Salmanova/MÜSAHİBƏ