Hazırda dünya mədəni irsi bir sıra çağırışlarla üz-üzədir.
“İki sahil” xəbər verir ki, bu barədə ICOMOS-un prezidenti Teresa Patricio bu gün Bakıda keçirilən “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbirə ünvanlandığı videomesajda qeyd edib.
“Dünyada bir sıra dəyişikliklər baş verir. Təbii ki, bu dəyişikliklər mədəni irsdən də yan keçmir. Hazırda keçirilən beynəlxalq təlim üzləşdiyimiz bu çağırışlar istiqamətində bizə yardım edəcək. Öyrənəcək dərslərimiz çoxdur. Belə bir mühüm tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirilir.
Tədbir çərçivəsində ilk dəfə olaraq YUNESKO-nun məşvərətçi təşkilatı olan ICOMOS-un dəvəti ilə dünyanın 17 ölkəsindən olan ekspertlər, mədəni irs sahəsində mütəxəssislər Bakıda bir araya gəlib.
Tədbirə Fransa, Polşa, İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən iştirakçılar qatılıb.
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
Azərbaycanın Mərkəzi Asiya ilə tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub - Səbinə Salmanova/MÜSAHİBƏ
Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib