Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan dövlətinin atdığı addımlar regionda sülhü təmin etməyə yönəlib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva XİN başçısı Gabrielius Landsbergis ilə görüşdən sonra keçirilmiş brifinq zamanı deyib.
Nazir qeyd edib ki, ölkəmiz regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, eləcə də kommunikasiyaların açılması istiqamətində fəaliyyətini davam etdirir.
"Qarabağda həyata keçirilən işlərin hamısı orada humanitar fəlakətlərin qarşısını almaq və Qarabağdan məcburi köçürülmüş vətəndaşlarımızın evlərinə qayıtmasına yönəlib. Orada mina təhlükəsi hələ də qalır və minalarla çirklənmiş ərazilərin təmizlənməsi sürətlə davam etdirilir", - XİN rəhbəri əlavə edib.
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
Azərbaycanın Mərkəzi Asiya ilə tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub - Səbinə Salmanova/MÜSAHİBƏ
Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib