Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştiraka dəvət edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı bildirilib.
İclasda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov post münaqişə dövründə münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən səylər barədə məlumat verib.
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib