12 may 2023 11:14
594

"Azmikroinvest” BOKT MMC kiçilib və ötən ili zərərlə başa vurub

"Azmikroinvest” BOKT MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“İki sahil” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azmikroinvest” BOKT 2022-ci ili 12 min manat xalis zərərlə başa vurub. 2021-ci ildə şirkət 100.8 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə müştərilərə 859.8 min manat ( əvvəlki illə müqayisədə 28% az) kredit verərək 177.7 min manat (əvvəlki illə müqayisədə 40% az) xalis faiz gəliri əldə edib. Qeyri faiz gəlirləri 5.7 min manat olar şirkətin əməliyyat mənfəəti 160.4 min manata (əvvəlki illə müqayisədə 2 dəfə az) bərabər olub. İnzibati və digər xərclərin əməliyyat mənfəətini üstələməsi nəticəsində şirkət ötən ili zərərlə başa vurub.

"Azmikroinvest” BOKT MMC ötən il kiçilib. Belə ki, 2022-ci ildə şirkətin cəmi aktivləri 8.6% azalaraq 1 milyon 585,2 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 8.4% azalaraq 1 milyon 585.6 min manata bərabər olub.