Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun“Nanostrukturlaşdırılmış metal-polimer katalizatorlarılaboratoriyasının” əməkdaşları Çiçək Seyidova, HəcərAslanova, Nigar Şıxverdiyeva, Nərgiz Rəhimli, CəmiləQuliyeva, Aytac Cavadzadə, Ülviyyə Məmmədova və NizamiZeynalovun Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşıPərvanə Mövsümova ilə birgə hazırladıqları icmal məqaləsibeynəlxalq elmi jurnalda dərc olunub.
“Tullantı suların təmizlənməsi üçün polimer sorbentlər: quruluş-struktur əlaqələri və adsorbsiya mexanizmləri” (“PolymerSorbents for Wastewater Treatment: Structure-PerformanceRelationships and Adsorption Mechanisms”) adlı məqalə “Webof Science” və “Scopus” beynəlxalq elmi bazalarındaindekslənən, impakt faktoru 2.3 olan Q3 kvartilli“Environmental Quality Management” jurnalında yayımlanıb.
İcmal məqaləsində çirkab suların təmizlənməsində istifadəolunan polimer əsaslı sorbentlər, onların quruluşu ilə adsorbsiyaeffektivliyi arasındakı əlaqələr və müxtəlif çirkləndiricilərinsudan ayrılma mexanizmləri təhlil olunub.
Məqalədə ağır metalların, sintetik boyaların, per- vəpoliflüoralkil maddələrin (PFAS), əczaçılıq qalıqlarının vəendokrin sistemə təsir edən birləşmələrin təmizlənməsindəpolimer sorbentlərin tətbiq imkanları nəzərdən keçirilib. Polimerlərin funksional qruplarının modifikasiyası, tikilməsıxlığı və məsaməli quruluşunun adsorbsiya prosesinə təsiriqiymətləndirilib.
Həmçinin molekulyar imprinted polimerlər, polimer ionmayeləri, stimullara həssas hidrogellər və maqnit polimernanokompozitləri kimi perspektivli materiallar haqqında elmiməlumatlar ümumiləşdirilib. Sorbentlərin regenerasiyası, təkraristifadəsi, struktur sabitliyi və praktiki tətbiqi ilə bağlı mövcudçətinliklər təhlil edilib. Gələcək tədqiqatlar üçün maşınöyrənməsi yanaşmalarının polimer sorbentlərinlayihələndirilməsində tətbiq perspektivləri də vurğulanıb.
Məqalə polimer əsaslı sorbentlərin inkişafı, çirkab sularıntəmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi və ekolojiproblemlərin həlli istiqamətində aparılan elmi araşdırmalar üçünəhəmiyyətli məlumat mənbəyidir.
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur