“Euronews” telekanalından yayımlanan “NoComment” verilişinin rəsmi feysbuk hesabında “Xarıbülbül” Festivalı ilə bağlı paylaşım edilib.
“İki sahil” xəbər verir ki, paylaşılan videoda festivaldan görüntülər yer alıb.
“Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət paytaxtı Şuşada növbəti dəfə Xarıbülbül musiqi festivalı keçirilib. Şuşanın Cıdır düzündə keçirilən festivalda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin musiqi və rəqs kollektivləri çıxış ediblər” - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?