28 avqust 2026 23:32
126

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində Yay İdman Festivalı keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində Yay İdman Festivalı keçirilib.

Festival çərçivəsində yaradılan cüdo zonasında iştirakçılar bu idman növü ilə yaxından tanış olmaq, tatami üzərində özlərini sınamaq və cüdonun əsas elementlərini öyrənmək imkanı əldə ediblər. Nümunəvi çıxışlar və müxtəlif interaktiv fəaliyyətlər ziyarətçilərin, xüsusilə uşaq və yeniyetmələrin böyük marağına səbəb olub.

Festival boyunca cüdo zonasını ziyarət edən iştirakçılara Azərbaycan Cüdo Federasiyası tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Yay İdman Festivalının məqsədi müxtəlif idman növlərini geniş ictimaiyyətə tanıtmaq, əhali arasında idmana marağı artırmaq və hər kəs üçün açıq idman mühiti yaratmaq olub.