16 may 2023 12:35
496

İordaniya Nümayəndələr Palatasının Sədri: Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”.

“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında İordaniya Nümayəndələr Palatasının Sədri Ahmed Al-Safadi bildirib.

Ahmed Al-Safadi deyib ki, Heydər Əliyevin dönəmində İordaniya ilə dost münasibətlər qurulub və bu münasibətlər Prezident İlham Əliyev və İordaniya kralın rəhbərliyi ilə inkişaf etməkdədir: “Hər iki ölkə regional və qlobal məkanda uğurla inkişaf edir”.

Ahmed Al-Safadi qeyd edib ki, Heydər Əliyev hər zaman xalqının intibahı üçün çalışıb.