Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin iyulunda Berlinə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin ümidverici başlanğıcıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Alman Birliyi Günü münasibətilə keçirilən tədbirdə bildirib. "İyulun həmin günü, mən və həyat yoldaşım Bakıya gələndə Zati-aliləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri ilə birgə ikitərəfli tərəfdaşlığın strateji gündəliyinə dair Birgə Bəyannaməni imzalamaq və bununla da münasibətlərimizi yeni bir səviyyəyə qaldırmaq üçün Berlinə yola düşüb. Prezident İlham Əliyevin və nümayəndə heyətinin Berlinə bu səfəri ümidverici bir başlanğıcdır. Mən qarşıdakı illərdə bu gündəlik çərçivəsində sizinlə yaxından əməkdaşlıq etmək fürsətini səbirsizliklə gözləyirəm", - diplomat deyib.
Səfir həmçinin qeyd edib ki, Almaniya Azərbaycan və Ermənistan arasındakı sülh prosesini yüksək qiymətləndirir. "Sülhün bərqərar olması vaxt tələb edəcək, lakin regionda davamlı sülh iqtisadi tərəqqi və beynəlxalq əməkdaşlıq üçün təməl olmalıdır", - Lölke əlavə edib. Onun sözlərinə görə, Almaniya universitetlər arasında akademik mübadiləni, eləcə də iki ölkənin cəmiyyətləri arasında əlaqələri genişləndirmək niyyətindədir. "Mən filologiya, alman dilinin tədrisi, habelə bütün digər elmi sahələrdə əməkdaşlığın inkişafı üzərində işləmək fürsətini səbirsizliklə gözləyirəm", - səfir qeyd edib.
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib