16 may 2023 14:39
297

Malayziya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında qurulub- Dostluq qrupunun rəhbəri

“Heydər Əliyev ömrü boyu Azərbaycan xalqına xidmət edib”.

“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Malayziya-Azərbaycan ilə Dostluq qrupunun rəhbəri Tuan Hj. Aminolhuda bin Hassan bildirib.

O, Qoşulmama Hərəkatına fəal rəhbərliyə görə Azərbaycanı təbrik edib: “Malayziya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında qurulub. Malayziya Azərbaycanla ticarət, investisiya, bərpa olunan enerji mənbələri və digər sahələrlə qarşılıqlı faydalı əməkdaşlıq edir. Əməkdaşlığımız növbəti illərdə daha da inkişaf edəcək”.