16 may 2023 20:20
395

Stoltenberqin xüsusi nümayəndəsi ilə NATO müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu müzakirə olunub

Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

“İki sahil” xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığını müzakirə ediblər.

Tərəflər eyni zamanda, NATO müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə də iştirak edib.