Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktoriya Romero Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovla görüşüb.
Kinostudiyadan "İki sahil"ə verilən məlumata görə, görüşdə Meksika kinosunun Azərbaycanda, eyni zamanda Azərbaycan kino sənətinin Meksika və Latın Amerikası ölkələrində tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan kinosunun yaranmasının 125-ci, “Azərbaycanfilm” kinostudiyasının isə 100-cü ildönümündə yeni və klassik filmlərimizin ispan dilinə tərcümə olunaraq Meksikada nümayişi, hər iki ölkənin kino xadimlərinin qarşılıqlı görüşlərinin keçirilməsi, həmçinin Meksikanın Milli Kino İnstitutu (ImCine) ilə əməkdaşlığın qurulması qərara alınıb.
Qarşıda duran məsələlərin növbəti mərhələsi isə müştərək filmlərin istehsalıdır. Ümumilikdə görüşdə kino sahəsində əməkdaşlıqla bağlı baş tuta biləcək bir çox layihələrin perspektivindən söhbət açılıb.
Qeyd edək ki, yaxın günlərdə ölkədə Latın Amerikası ölkələrinin film günlərinin keçirilməsi ilə bağlı məsələ gündəmdədir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?