17 may 2023 16:58
318

Zaxarova: Azərbaycan və Ermənistan XİN başçıları mayın 19-da Moskvada görüşəcək

Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların mayın 19-da keçiriləcəyini söyləyib.