17 may 2023 21:18
533

ABŞ-nin müvəqqəti işlər vəkili NATO-nun Əlaqələr Bürosunun rəhbəri ilə görüşüb

ABŞ-nin Səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara Tbilisidəki NATO-nun Əlaqələr Bürosunun rəhbəri cənab Aleksandr Vinnikov ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Onlar NATO-nun tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər", - deyə qeyd olunub.