18 may 2023 11:51
408

Ceyhun Bayramov Rusiyaya gedib, sabah Ermənistanla danışıqların növbəti raundu keçiriləcək

18 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə "İki sahil"ə XİN-dən bildirilib.

Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.