18 may 2023 15:30
375

Paşinyan Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb

Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması mühüm addımdır.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ermənistanın Baş naziri qeyd edib ki, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətnini yekunlaşdırmağa imkan verəcək. Növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üçün əsasların müəyyən edilməsi olmalıdır.