"Mən - Xalq artisti Flora Kərimova Ülviyyə Alovlunun əlindən, böhtanından, söyüşlərindən yorulmuş bir insan kimi 3 il ərzində məhkəməyə ayaq döydüm. İş hakim Abbas Rzayevin əlindədir. 6 aydan çoxdur axtarışda olan Ülviyyə Alovlunun guya tapıb məhkəməyə gəlməsini təmin edə bilmirlər. Bu, dırnaqarası axtarışdır".
“İki sahil” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə açıqlamasında deyib.
Müğənni jurnalist Ülviyyə Alovlu ilə aralarında yaşanan məhkəmə işinin gedişatından narazılığını bildirib:
"2022-ci ilin dekabrın 5-dən axtarışdasan, ay “xəbərsiz”. 83 yaşamda da hələ ki, mənim adımla sən gündəmdəsən. Mənə sənin kimi cılız adamlarla gündəm lazım olsaydı, böyüyünün arzuladığı o “polemikaya” qol qoyardım, ya da bu qərar çıxanda sənə sənin lazimi şərəfi verərdim. Heç bir mətbuat qurumu sənin adını çəkmək istəmir. Üzəduranlıq, işverənlik, həyasızlıq, vulqarlıq, yalan sənət olan yerdə qanundan başqa çıxış yolu qalmır, çünki sənin kimi söyüş vərdişim yoxdur".
Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?