19 may 2023 09:08
335

Bu gün Moskvada Ceyhun Bayramov və Ararat Mirzoyan "sülh sazişi"ni müzakirə edəcəklər

Bu gün Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

“İki sahil” xəbər verir ki,  görüş Rusiyada baş tutacaq. Artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvadadırlar.