19 may 2023 18:44
367

Ceyhun Bayramov: Azərbaycan bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlıdır

 

Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlıdır.

“İki sahil” Azərbaycan XİN-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı bildirib.

Nazir, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.