20 may 2023 00:46
364

Cozef Bayden: Azərbaycanla ABŞ arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib.

“İki sahil” xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.

“Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq”, - Bayden qeyd edib.