20 may 2023 10:49
377

Cəlilabadda növbəti çiyələk festivalı keçirilir

Cəlilabad rayonunda növbəti çiyələk festivalı keçirilir.

“İki sahil” xəbər verir ki,  Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan festival Heydər Əliyev Seyrəngahından start götürüb. Festivalda rayonda yetişdirilən və ixrac edilən çiyələk sortları nümayiş olunur. Eyni zamanda tədbirdə əyləncə proqramı, aşpazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim edilir. Daha sonra konsert proqramı təqdim olunacaq.

Festival axşam saatlarına qədər davam edəcək.