20 may 2023 15:13
335

Son 4 ayda 100,4 min ton neft koksu ixrac olunub

Cari ilin yanvar-aprel aylarında ölkədən 100,4 min ton neft koksu ixrac edilib. Dövlət Gömrük Komitəsindən "İki sahil"ə verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 35 milyon 981,7 min ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 57 min tona yaxın və ya 10 milyon 764 min dollar dəyərində neft koksu ixrac edilib.