20 may 2023 15:27
438

Nümayəndə heyətimiz NATO PA-nın yaz sessiyasında iştirak edib

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri 19-22 may tarixlərində Lüksemburqda keçirilən NATO Parlament Assambleyasının Yaz Sessiyasında iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tvitterdə bildirib.