Siyasi müstəvidə əldə edilmiş razılaşmalar, təbii ki, digər sahələrə də öz müsbət təsirini göstərir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.
“Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadi-ticarət sahəsində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaq”, - dövlət başçısı vurğulayıb. (APA)