22 may 2023 16:40
460

Azərbaycan Prezidenti və birinci xanım Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub

Litvada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış "Antakalnis" abidəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı abidənin önünə əklil qoyub.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də Sovet qoşunları Vilnüsə daxil olub, Vilnüs teleqülləsini, radio-televiziya komitəsinin binasını ələ keçirib. Teleqülləyə hücum nəticəsində 14 nəfər ölüb, 700 nəfər yaralanıb.