22 may 2023 18:59
237

İsveç Kralı Prezident İlham Əliyevə məktub göndərib

İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.