Bu gün Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarına dolu düşüb, leysan xarakterli yağış yağıb.
“İki sahil” xəbər verir ki, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub, avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Eyni zamanda, güclü yağıntı və külək bəzi ağacların da qırılmasına səbəb olub.
Hazırda muxtar respublikada yağıntılı hava şəraiti davam edir.
Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın yekunlarına dair Protokol imzalanıb
DİM dövlət qulluqçusu olmaq istəyən 1 500-ə yaxın namizəd üçün imtahan keçirəcək