23 may 2023 12:13
371

Prezident: Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində Azərbaycan önəmli tərəfdaşa çevrilib

Hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmiz önəmli tərəfdaşa çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edərkən bildirib.

Dövlət başçısı, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb.