25 may 2023 11:21
464

"WhatsApp" yarımçıq mesajlar üçün bildirişlər göndərəcək

"WhatsApp" masaüstü tətbiqi üçün yarıda qalan mesajlara bildirişlər göstərməyə başlayacaq.

“İki sahil” xəbər verir ki, "WhatsApp"da mesaj yazarkən söhbət ekranından çıxdıqda, yazılan mətn silinməyəcək. "WhatsApp" indi "Telegram" kimi yarımçıq mesajlar üçün bildirişlər göstərməyə başlayacaq.

Tutaq ki, dostunuzla danışarkən mesajınız yarıda qaldı. Daha sonra "WhatsApp"a daxil olduqda və ya bütün söhbətlərin olduğu menyunu gördükdə həmin mesajla bağlı "Qaralama" şəklində bildiriş gələcək. Bu bildirişi görən istifadəçi anlayacaq ki, o şəxsə mesaj yazıb, lakin hələ də göndərməyib. Bu şəkildə "Göndərməyi unutdum" kimi vəziyyətlər geridə qalacaq.