26 may 2023 08:38
137

ABŞ və Yaponiya müdafiə nazirləri Tokioda görüşəcəklər

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada amerikalı həmkarı Lloyd Ostinlə iyunun 1-də Tokioda görüşəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. “Bu görüşdə biz birliyimizin artırılmasına yönəlmiş konkret tədbirləri müzakirə edəcəyik”, deyə qeyd olunub. Danışıqlar, "2+2" formatı əsasən aparılacaq. Bunun ardınca ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri Sinqapurda üçtərəfli görüş keçirməyi planlaşdırır.