26 may 2023 09:14
208

Üzərinə manqal aşan uşaq ölüb

Bakıda üzərinə manqal aşan 4 yaşlı uşaq ölüb.

“İki sahil” xəbər verir ki,  2019-cu il təvəllüdlü Səfərov Rəhim Əlirza oğlu mayın 25-də ailə üzvlərinin yanında yaşadığı evin həyətində olan manqalın üstünə çıxıb tut dərmək istəyərkən manqalın onun üstünə aşması nəticəsində xəsarət alıb. R.Səfərov Klinik Tibbi Mərkəzə aparılsa da, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.