Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
"İki sahil"in məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 final mərhələsində Telmo Qomeşlə (Portuqaliya), eyni çəkidəki Rəşid Məmmədəliyev Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək.
81 kq-dakı Zelim Tçkayev 1/16 finalda Leon Tsilikin (Avstriya) - Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib
Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib