26 may 2023 23:33
257

Consonun Trampla şam yeməyinin məqsədi...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-ın keçmiş prezidenti və 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində Respublikaçıların ehtimal olunan namizədi Donald Trampla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

Qeyd olunub ki, Conson ABŞ-a səfər edərək respublikaçılar arasında Ukraynaya dəstək almağa çalışıb: "Bu həftə ukraynayönümlü beyin mərkəzləri keçmiş Britaniya liderini Texasda şəxsi şam yeməyinə dəvət etdilər və burada o, siyasətçilərə, donorlara və sənaye liderlərinə Amerikanın ölkəni dəstəkləmək yolunda davam etməli olduğunu söylədi".

Trampın Consonla şam yeməyi cümə axşamı baş tutub və Consonun sözçüsü Ukrayna ilə bağlı danışıqların “menyuda” olduğunu bildirib.