27 may 2023 00:36
1255

“WhatsApp” Teleqramın daha bir funksiyasını oğurladı - FOTO

"WhatsApp" mesencerinin "Android"lər üçün 2.23.11.15 beta versiyasında tarixi dəyişikliyə imza atılıb.

Mesencerin saytından verilən məlumata görə, sosial şəbəkə indi "WhatsApp" istifadəçi adının yaradılması funksiyası üzərində işləməyə başlayıb.

“İki sahil” xəbər verir ki, istifadəçilərin artıq "WhatsApp" adı var. Bununla belə, bu yeni funksiya ilə yeni istifadəçi adları bənzərsiz olacaq. Beləliklə, "Twitter"də olduğu kimi yalnız sizə aid olan istifadəçi adınız olacaq.

İstifadəçi adı seçmək imkanı ilə "WhatsApp" istifadəçiləri hesablarına daha bir məxfilik qatı əlavə edəcəklər.

Gələcəkdə istifadəyə verilməsi gözlənilən bu funksiya ilə artıq insanların telefon nömrələrini bilmədən "WhatsApp" vasitəsilə əlaqə saxlamaq mümkün olacaq.