Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edərkən bunun Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri yerli NTV telekanalına müsahibəsində danışıb.
O, rəsmi Ankaranın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini həmişə dəstəklədiyinə vurğulayıb.
“Ermənistan üçün proses asan deyil. 30 ildir işğal etdikləri əraziləri geri vermələri də asan olmadı. Davamlı sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir. Əhatəli sülh müqaviləsinin imzalanması yararlıdır. Proseslər Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcək. Atılacak hər müsbət addım Türkiyə ilə Ermənistan arasındakı münasibətləri də müsbət anlamda daha da irəliyə aparacaq”, - XİN başçısı müsahibəsində qeyd edib.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir