Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçirilib.
“İki sahil” xəbər verir ki, proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadıb. Onlarla yanaşı, İlkin Fuadoğlu və Dj Nikolas mahnıları ilə gecəni unudulmaz edib.
Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?