28 may 2023 10:27
393

Peter Mixalko: Avropa İttifaqı Azərbaycanla güclü tərəfdaşlığı inkişaf etdirməyə davam edəcək

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ diplomatı "Twitter" hesabında paylaşım edib.

"Müstəqillik Günün mübarək, Azərbaycan! Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, sülh və firavanlıq arzulayıram! Biz güclü tərəfdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik!", - deyə diplomat paylaşımında bildirib.