Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarı Seyid Abbas Əraqçinin bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.
Nazirlər Azərbaycanla İran münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Söhbət zamanı həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib