28 may 2023 10:31
363

Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“İki sahil” xəbər verir ki, Türkiyə Prezidenti bu barədə "Tvitter"-də paylaşım edib.

"Bir millət, iki dövlət!” şüarıyla hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə anıram” – deyə paylaşımda vurğulanıb.